Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakının mərkəzində "Jeep" ağır qəza törətdi: qadın öldü - YENİLƏNİB

Baxılıb: 785     Tarix: 04-05-2018 11:58   

Bakıda yol qəzasında ölən qadının kimliyi müəyyənləşib. Qanunvehedef.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 3-də saat 22 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Vüqar Ağayev idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Natella Məmmədovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
 
Səbail RPİ tərəfindən araşdırma aparılır.
 
 
*****
 
9:56
 
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qanunvehedef.az xəbər verir ki, gecə saatlarında Səbail rayonu Əhəd Yaqubov küçəsində "Jeep" markalı, 10 OE 003 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçən qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerindəcə keçinib. Ölən qadının 50-55 yaşlarında olduğu bildirilir. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
 
Faktla bağlı Səbail rayon Polis İdarəsində cinayət işi açılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar