Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

BDU rektorları: kimlər gəldi, kimlər getdi... - Siyahı

Baxılıb: 830     Tarix: 16-11-2018 13:23   
Dünən Prezident sərəncama ilə Bakı Dövlət Universitetinin sayca 24-cü rektoru Abel Məhərrəmov vəzifəsindən azad edildi. Bununla da A.Məhərrəmovun 19 illik fəaliyyətinə son qoyuldu.
Qanunvehedef.az xəbər verir ki, 1 sentyabr 1919-cu ildən fəaliyyətə başlayan universitetin indiyə qədər 24 rektoru olub. Onlardan ən uzun müddət universiteti idarə edən isə elə məhz A.Məhərrəmovdur – düz 19 il.
BDU-nun ilk rektoru Vasili Razumovski olub. Cəmi bir il universitetin rektorluğunu edən V.Razumovski tarixə həm də müstəqil Azərbaycanın ilk universitetinin rektoru kimi düşüb.
Ondan sonra isə Sergey Nikolayeviç Davidenkov (1920-23), Aleksandr Dmitriyeviç Qulyayev (1923-26), Tağı Şahbazi Simurğ (1926-29), Vladimir Yelpatyevski (1929), Maqsud Məmmədov (1929-30), Məmmədkazım Ələkbərli (1934-35), Bala bəy Həsənbəyov (1935-37), Əziz Əliyev (1937), Cəbrayıl Ələsgərov (1937-41), akademik Şamil Əliyev (1941-44), Abdulla Qarayev (1944-50), Cəfər Hacıyev (1950-54) rektor olub.
Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru professor Yusif Məmmədəliyev isə universitetə 1954-1958-ci illərdə rəhbərlik edib. Ondan sonra Şəfaət Mehdiyev 1958-1965-ci, Mehdi Əliyev 1965-1970-ci, əməkdar elm xadimi Faiq Bağırzadə isə 1970-1987-ci, Yəhya Məmmədov 1987-1989-cu, akademik Cəmil Quliyev 1989-1990-cı illərdə universitetin rektoru olub.
1990-cı ildə rektor təyin edilən M.Qasımov həm də Azərbaycan müstəqillik qazandıqdan sonra BDU-ya rəhbərlik edən ilk şəxsdir. Onun ardınca Firudin Səməndərov 1992-1993-cü illərdə, Murtuz Ələsgərov 1993-1996-cı illərdə, keçmiş təhsil naziri Misir Mərdanov isə 1996-1998-ci illərə qədər universiteti idarə ediblər.
Dünən prezident sərəncamı ilə tutduğu vəzifədən azad edilən Abel Məhərrəmov isə BDU-ya 1999-cu ildən rəhbərlik edib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar