Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıda məşhur şadlıq sarayında kütləvi zəhərlənmə – Restoran rəhbərliyi "yalan" dedi

Baxılıb: 889     Tarix: 17-11-2018 19:27   

Sosial şəbəkədə "Monte Karlo" şadlıq evində keçirilən toyda kütləvi zəhərlənmə baş verməsi ilə bağlı məlumat paylaşılıb.
Bildirilib ki, noyabrın 13-də keçirilən toy məclisindən sonra hamının halı pisləşib. Restoranda yeməklərin köhnə olması, kolbasa məhsullarının çürüklüyü və.s faktların olduğu qeyd edilib.
Qanunvehedef.az primetime.az-a istinadən xəbər verir ki, şikayətçinin sözlərinə görə, sözügedən restoranın rəhbərliyinə bu barədə müraciət etdikdə isə onlara problemin suda olan mikrobla bağlı olduğunu deyilib.
Məsələ ilə bağlı "Monte Karlo" şadlıq sarayının rəhbərliyi ilə əlaqə saxladıq.
Şadlıq evinin icraçı direktoru Babək Bayramlı Primetime.az-a bildirdi ki, restorandakı bütün yeməklər stola təqdim olunmazdan qabaq əməkdaşlar tərəfindən dadılır:
"Əgər hər hansı zəhərlənmə halı baş vermiş olsa idi ilk növbədə biz zəhərlənərdik. Hətta yeməkləri çox vaxt özüm dadına baxıb qiymətləndirirəm. Burada ofisantlarımız, xidmətçilərimiz və digər işçilərimizin hamısı bu yeməklərdən yeyir. Hətta evlərinə də aparır. Su ən təmiz mayedir. Orada heç bir mikrobdan söhbət gedə bilməz. Suda hər hansı mikrob var kimi açıqlamanın bizim tərəfimizdən deyilməsi absurddur".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar