Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xaricdə təhsil adı ilə 100 nəfərin pulunu alaraq yoxa çıxdı - FOTO

Baxılıb: 640     Tarix: 19-11-2018 11:16   
Bakıda daha bir xaricdə təhsil mərkəzi vətəndaşları kütləvi şəkildə aldadıb.
Qanunvehedef.az-a istinadən xəbər verir ki, zərərçəkmişlərdən birinin sözlərinə görə, təhsil mərkəzi tərəfindən onun pulu alınsa da sonradan bağlanan müqaviləyə əməl edilməyib.
Zərərçəkmiş Zaur Qurbanov bu ilin mayında paytaxtın Səbail rayonu Nizami küçəsi 48 ünvanında olan "Leveland" xaricdə təhsil mərkəzinə müraciət edib. Orada kursun rəhbəri İsgəndər Ağayevə 1800 dollar pul ödəyib. Özünə isə 1 həftə sonra Amerikaya gedəcəyi deyilib. Bir həftədən sonra Zaur Qurbanov yenidən təhsil mərkəzinə müraciət edib. Amma həmin vaxt təhsil mərkəzinin bağlı olduğunu görərək İsgəndər Ağayevə zəng vurub. Telefonu bağlı olduğundan ona SMS yazıb. Bir müddət sonra İsgəndər Ağayev zərərçəkmiş Zaur Qurbanova mesaj yazaraq bildirib ki hazırda xarici ölkədədir.
Həmin təhsil mərkəzinin bağlanaraq yerində başqa bir şirkətin fəaliyyət göstərdiyini görən Zaur Qurbanov məsələ ilə bağlı Səbail rayon 9-cu polis bölməsinə məlumat verib.
Sonradan məlum olub ki, adıçəkilən mərkəz tərəfindən xaricdə təhsil adı ilə yalnız o aldadılmayıb.
Səbail Rayon Polis İdarəsindən bildirilib ki, bu məsələ ilə bağlı araşdırmalar davam edir.шаблоны для dle 11.2