Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Alimlərin kəşf etdiyi yeni ulduz sistemi partlayışa hazırlaşır

Baxılıb: 683     Tarix: 21-11-2018 09:00   

Avropa Cənub Rəsədxanası yeni ulduz sisteminin kəşf edildiyini açıqlayıb.
Qanunvehedef.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, alimlər kəşf edilən ulduz sisteminin partlayışa hazırlaşdığını bildiriblər.
Bildirilir ki, sistem üç ulduzdan ibarətdir və kosmik tozla əhatə edilib. Sistemin rəsmi adı "2XMM J160050.7-514245"dır amma ilan formasında olduğu üçün astronomlar "Apop" adlandırıblar. Qədim Misir mifologiyasında Apop xaosu təsvir edən nəhəng ilandır və Ra Günəş Tanrısının düşmənidir.
Sistem Volf-Raye ulduzundan ibarətdir. Bu ulduzlarda isə işıqlanma və tempratur çox yüksək olur. Bəzi nəhəng ulduzlar həyatlarının son dövründə Volf-Raye ulduzuna çevrilirlər. Əsasən bu, bir neçə yüz min il davam edən qısa fazadır.
"Apop"da ulduz küləyi saatda 12 milyon km sürətlə hərəkət edir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar