Məktəb direktorunu ölümcül döyək aktyorun son paylaşımına: "Arxandayıq!" /FOTOFAKT
Baxılıb: 970 Tarix: 21-11-2018 13:09
Xəbər verdiyimiz kimi, 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev hücuma məruz qalıb. Tural Mirzəliyevə xəsarət yetirən şəxs "Dolu" filminin məşhur aktyoru, "Drakon" obrazını canlandıran Rza Rzayevdir.
Qanunvehedef.az big.az-a istinadən tanınmış aktyorun bioqrafiyasını təqdim edir:
Rza Rzayev 17 may 1973-cü ildə Şahbuzda anadan olub. İdarəetmə və Biznes İnstitutunun Hüquq Fakültəsini bitirən Rza Rzayev Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil alıb. 2014-cü ildə Türkiyənin Beykent Universitetinin Sinema və Televiziya fakültəsində magistr təhsili almağa başlayıb. 2015-ci ildə tarixdə ilk dəfə New York Film Akademiyası Türkiyəyə kurs keçməyə gəlir və Rza Rzayev akademiyada 80-ci illərin əfsanə rejissoru Shelton Gilbert'dən rejissorluq sənətinin incəliklərini öyrənir. 2014-cü ilədək Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyində müşavir vəzifəsində çalışıb. İlk dəfə rejissor Rövşən Almuradlının ekranlaşdırdığı "Bəsdir, ağlama!" filmində çəkilib. Ondan sonra "Ünvansız qız" teleserialında Rəşad obrazını canlandırıb. "Ünvansız qız" serialından sonra kino aləmindən uzaqlaşır, bütün dəvətlərdən imtina edir. Uzun fasilədən sonra "Cavad xan" filmində əsas rola - Cavad xanın oğlu roluna dəvət olunur. Ancaq bəzi səbəblərə görə bu filmdə oynamaq istəmir. Rejissor Aqil M. Quliyev "Sarı gəlin" klipini çəkəndə türk komandiri rolunu oynamağa dəvət olunur və bu klipdə çəkilir. Ondan sonra "Niyyət" filminə dəvət alan Rza Rzayev bu filmdə qumarbaz obrazını canlandırır.
Rejissor Elxan Cəfərovun dəvətilə 2012-ci ildə "Dolu" filminə dəvət alan aktyor yaratdığı "Drakon" obrazı ilə milyonların sevgisini qazanır. 2015-ci ildə rejissorun digər filmi "Yarımçıq xatirələr"də Cavanşir rolunda çəkilib.
2016-cı ildən rejissorluq fəaliyyətinə başlayan Rza Rzayev ssenaristi və quruluşçu rejissoru olduğu ilk ekran işinin - "Geyilməmiş ayaqqabılar" filminin çəkilişlərinə başlayır. Film 2016-cı ilin Aprel döyüşlərində canını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunmuşdur.
Filmdə əsas rolları - ana obrazını tanınmış aktrisa Gülzar Qurbanova, Həsrət rolunun uşaqlığını məktəbli Dəniz Həsənov, yetkinlik dövrünü isə aktyor Bəhruz Vaqifoğlu canlandırıb.
Filmdə yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin gərgin, psixoloji yaşamı təsvir olunur. Gənc ərini və körpə qızını itirən ana oğlu Həsrətlə təmirsiz bir otaqda yaşayır. Dinib-danışmır. Şəhid ərinin xəyalı və öz ata-baba yurdlarına dönəcəyi vaxtın intizarı ilə günləri sayır. Dərin sükutla oğluna baxır. Həsrət də sakitcə deyir: "Qarabağ alınanda atam və bacımı da götürüb kəndimizə gedərik". Filmin sonunda ana əlil arabasında iki ayağını itirmiş əsgərlə Xankəndində "Geyilməmiş ayaqqabılar" muzeyinin qarşısına gəlir. Bir cüt ayaqqabını muzeyə verir.
Filmin musiqisini tanınmış rus bəstəkarı Vyaçeslav Şulin yazıb.
2017-ci il mart ayının 15-də filmə sənət və media nümayəndələri tərəfindən ilkin baxış keçirilmiş və o, yüksək qiymətləndirilib.
2018-ci il yanvar ayının 16-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Geyilməmiş ayaqqabılar" filminin Nizami Kino Mərkəzində geniş ictimaiyyət üçün təqdimatı baş tutub.
Qeyd edək ki, aktyorun 1 saat öncə paylaşdığı şəkilə böyük dəstək gəlib. Bir çox onun yanında olduğunu və bu hərəkətini
dəstəklədiyini bildirib.
Ən çox oxunanlar
Son xəbərlər