Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Tanınmış aktyor məktəb direktorunu döydü: VƏZİYYƏTİ AĞIRDIR - VİDEO - FOTO

Baxılıb: 663     Tarix: 21-11-2018 13:45   

Qanunvehedef.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Tural Mirzəliyevin dostu Vüqar Hüseynovun dediyinə görə, hazırda ağır yaralanan direktora sistem köçürülür. O, başından zədələr alıb, vəziyyəti yaxşı deyil.
Həkiminin dediyinə görə, Mirzəliyev bir həftə xəstəxanada müalicə almalıdır.
20.11.2018
"Dolu" filminin məşhur aktyoru, "Drakon" obrazını canlandıran Rza Rzayev qalmaqal yaşadığı məktəb direktorunu döyüb.
Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib.
Xatırladaq ki, bir neçə ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev direktora bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktorla mübahisə etmişdi.
Hadisə 220 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni "həll eləməyə" çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. "Drakon" məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirmişdi.
Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənmişdi. Bu qalmaqal məhkəmə müstəvisinə çıxmış və tərəflər bir-birindən şikayətçi olmuşdular.
Bu gün məhkəmə iclasından sonra tərəflər arasında yenidən mübahisə düşüb. Rza Rzayev məktəb direktorunu döyərək ağır bədən xəsarətləri yetirib.
Direktor hazırda 3 saylı Sabunçu xəstəxanasındadır. R.Rzayevin isə polis tərəfindən saxlanılıb-saxlanılmaması dəqiq deyil.

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar