Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıda marşrut avtobusu QƏZA TÖRƏTDİ, 3 nəfər xəstəxanaya yerləşdirildi

Baxılıb: 653     Tarix: 22-11-2018 00:34   

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, hadisə aeroport yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində baş verib.
Binə qəsəbəsindən hava limanı istiqamətində 136 saylı xətt marşrutu üzrə hərəkətdə olan "DAEWO" markalı avtobusla eyni istiqamətdə olan "Opel" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində avtobusun sərnişinləri-1988-ci il təvəllüdlü Mirzəcanova Nigar Hüseynağa qızı, qadının 2 yaşlı oğlu Mirzəcanlı Ayaz Elgün oğlu və "Opel" markalı avtomobildə olan 1999-cu il təvəllüdlü Haşımova Aydan Haşım qızı bədənin müxtəlif dərəcəli xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda yaralıların vəziyyəti sabitdir. Yaralılardan N.Mirzəcanovanın burun sümüyü sınıb, A.Mirzəcanlı sifət nahiyəsindən xəsarət alıb, A.Haşımovanın isə döş qəfəsi əzilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar