Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Azərişıq"ın işçiləri qəzaya düşdülər - Ölən və yaralananlar var

Baxılıb: 935     Tarix: 22-11-2018 11:39   

Xudat-Xaçmaz yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Qanunvehedef.az qafqazinfo-ya istinadən xəbər verir ki, hərəkətdə olan avtomobil qəflətən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin, Xaçmaz rayon Xudat qəsəbə sakini Ehtimal Bəxtiyar oğlu Əzizov dünyasını dəyişib.
Digər 2 nəfər- Xudat qəsəbə sakinləri Firuz Pirməmməd oğlu Sultanov və Kamran Bəhram oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.
Yaralı şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, sərnişin və sürücünün vəziyyəti ağır olaraq qalır.
Məlumata görə, "Lada Priora"nın sürücüsü və avtomobildə olan sərnişinlər "Azərişıq" ASC-nin Xudat şöbəsinin əməkdaşlarıdır.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar