Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Görün məktəbə girib nə oğurladılar...

Baxılıb: 774     Tarix: 23-11-2018 13:35   

Bakıda orta məktəblərdən oğurluq edən şəxslər saxlanılıb
Qanunvehedef.az DİN-ə istinadən xəbər verir ki, paytaxtda yerləşən 54 saylı tam orta məktədən naməlum şəraitdə 4 ədəd hər birinin qiyməti 700 manat olan proyektorun oğurlanması barədə Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə məlumat daxil olub.
"İsti" izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ruslan Əliyev, Elnur Zeynalov və Anar Sadıqov saxlanılıblar.
Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onların paytaxtın Səbail və Xətai rayonlarında yerləşən daha 3 məktəbdən televizor, noutbuk və digər ləvazimatlar oğurladıqları məlum olub. Dəstə üzvləri oğurladıqları əşyaların bir qismimi sataraq əldə etdikləri pulu aralarında bölüblər.
Qeyd olunan faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar