60 yaşlı arvadını amansızlıqla qətlə yetirən kişi şikayətçidir
Baxılıb: 789 Tarix: 24-11-2018 17:01
Bakıda arvadınını amansızlıqla öldürməkdə təqsirləndirilən Zamin Rəsulov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Qanunvehedef.az-ın open.az-a istinadən məlumatına görə, təqsirləndirilən şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə verilib. Şikayəti Habil Məmmədovun sədrlik elədiyi kollegiya araşdıracaq.
Qeyd edək ki, cinayət hadisəsi bu il Maştağa qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan 62 yaşlı Z.Rəsulov evində həyat yoldaşı, 60 yaşlı Natəvan Rəsulovanı xüsusi amansızlıqla öldürüb. Kişi həyat yoldaşına iri mətbəx bıçağı ilə 13 ağır zərbə endirib. Qadın hadisə yerindəcə keçinib.
Məlumata görə, hadisə onların 41 yaşlı qızlarının gözü qarşısında baş verib.
Belə ki, əvvəllər bir neçə dəfə infarkt keçirmiş 62 yaşlı Z.Rəsulov bir müddət əvvəl iflic olub və xəstəxanaya yerləşdirilib. Müalicə prosesindən sonra hadisədən bir gün əvvəl qızı və həyat yoldaşı onu xəstəxanadan çıxararaq evə gətirib. Evə gələr-gəlməz kişi ilə xanımı arasında mübahisə yaranıb. Z.Rəsulov əsəbi halda iri mətbəx bıçağını götürərək həyat yoldaşına hücum edib və onu öldürüb. Qızı atasının törətdiyi əmələ mane ola bilməyib və təcili yardım çağırsa da, artıq gec olub.
Bildirilir ki, hadisəni törədən Z.Rəsulov iki dəfə evli olub. O, uzun illər əvvəl N.Rəsulova ilə ailə qurub. Lakin boşanaraq başqa qadınla evlənib. Xeyli keçəndən sonra Z.Rəsulov ilk həyat yoldaşının yanına qayıdıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z. Rəsulov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Ən çox oxunanlar
Son xəbərlər