Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Milli qəhrəmanla bağlı önəmli addım - Foto

Baxılıb: 1 124     Tarix: 03-12-2018 15:16   

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.
MEK-dən Kult.az-a bildiriblər ki, “Vikipediya”da Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarov haqqında ingilis dilində məqalə yaradılıb.
Məqalədə Şikar Şikarovun əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edildiyi haqda məlumat verilib. Qeyd olunub ki, o,1992-ci ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik edib və uğurlu əməliyyatlar keçirib. Şikar Şikarov 1992-ci il iyunun 13-də Ağdərə uğrunda gedən ağır döyüşlərin birində həlak olub.
Bu gün milli qəhrəmanımızın doğum günüdür.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar