Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Türkiyə XİN-in gizli danışıqlarını Oktara Leyla çatdırıb

Baxılıb: 671     Tarix: 05-12-2018 12:25   

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rusiya rəsmiləri ilə apardığı danışıqların təfərrüatı Leyla O. adlı rus əsilli tərcüməçi tərəfindən Adnan Oktara çatdırılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Adnan Oktarın rəhbərlik etdiyi cinayətkar dəstənin saxlanılan üzvlərinin dindirilməsi nəticəsində məlum olub.
Leyla O. adlı şəxsin Rusiyada yaşadığı və türk nümayəndə heyətlərinin Rusiyaya səfərləri zamanı danışıqlarda tərçüməçi qismində iştirak etdiyi bildirilib.
Faktla bağlı prokurorluq Türkiyə Xarici İşlər Nazirliyinə sorğu ilə müraciət edərək, məlumatın təsdiq və ya təkzib edilməsini, təsdiq edildiyi halda isə tərcüməçi ilə bağlı bütün məlumatların prokurorluğa təqdim edilməsini istəyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar