Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

FETO-ya ağır zərbə

Baxılıb: 834     Tarix: 08-12-2018 14:00   

Türkiyədə terrorra qarşı əməliyyatlar davam edir.
Qanunvehedef.az baku.ws-ya istinadən xəbər verir ki, əməliyyat İstanbulda baş tutub. Keçirilən əməliyyat nəticəsində 87 yüksək rütbəli hərbçi saxlanılıb. Onlar FETÖ ilə bağlılıqdan şübhəli bilindikləri üçün polis tərəfindən saxlanılıblar.
Araşdırmalardan sonra 41 hərbçi barədə həbs qərarı çıxarılıb. Digərləri isə iş araşdırılana qədər azad ediliblər. Bundan başqa, 62 ictimai vəzifəli şəxs barədə saxlanılma qərarı verilib.
Saxlanılan şəxslər terrorla, terrorçularla əlaqədə günahlandırılırlar.
Qeyd edək ki, 2016-cı il 15 iyulda Türkiyədə hərbi-çevrilişə cəhd olub. Cəhdin FETO terror təşkilatı və şəxsən Fətullah Gülən tərəfindən təşkil olunduğu məlum olub.
Hadisədən sonra Türkiyədə FETO terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində çoxsaylı əməliyyatlar keçirilib.
Bundan sonra mütəmadi olaraq FETÖ terror təşkilatı ilə əlaqəli şəxslər həbs edilib.
2017-ci ildə Türkiyədə FETÖ (Fətullah Terror Təşkilatı) ilə bağlı həbs edilən şəxslərin sayı açıqlanıb. Açıqlamalara görə, ötən il 48 min 305 nəfər həbs edilib.шаблоны для dle 11.2