Xəbər lenti
20/05/2024 [15:43]
II Dünya müharibəsində
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda bir ailənin 3 üzvü yanaraq öldü - YENİLƏNİB

Baxılıb: 611     Tarix: 08-05-2018 10:57   

Masallıda evdə baş verən yanğın zamanı xəsarət alan daha bir nəfər ölüb.  
 
APA-nın cənub bürosunun xəbərinə görə, yanıq xəsarətləri alan şəxs Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda vəfat edib. Bununla da yanğın zamanı ölənlərin sayı 3-ə çatıb.
 
*****
 
7:26
 
Masallıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.
 
Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və 3 nəfər xilas edilib.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar