Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Rus çempionu öldürən azərbaycanlıya cəza verildi

Baxılıb: 1 016     Tarix: 20-12-2018 11:47   

Xabarovsk əyalət məhkəməsi ağırlıqqaldırma üzrə Dünya və Avropa çempionu Andrey Draçevin ölüm işi üzrə həmyerlimiz Anar Allahverənovu təqsirkar bilərək, onu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edib.
Qanunvehedef.az xəbər verir ki, dövlət ittihamçısı Allahverənov üçün 19 il həbs cəzası istəsə də, müttəhimin vəkilləri buna etiraz ediblər.
Məhkəmədə son söz verilən Allahverənov Andrey Draçevin yaxınlarında üzr istəyib. Qismən günahkar olduğunu etiraf edən Allahverənov cinayəti ehtiyatsızlıq səbəbindən törətdiyini bildirib.
Qeyd edək ki, 2017-ci ilin 20 avqustunda Xabarovskda yerləşən kafelərdən birində Andrey Draçevlə Anar Allahverənov arasında dava baş verib. Hadisə nəticəsində aldığı xəsarətlərdən Draçev xəstəxanada dünyasını dəyişib. Anar Allahverənov hadisədən təxminən 1 ay sonra hüquq-mühafizə orqanlarına müraciət edərək təslim olub.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar