Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ukraynada daha bir azərbaycanlı öldürüldü

Baxılıb: 726     Tarix: 24-12-2018 12:39   

Ukraynada paytaxt Kiyevin Desnyanskiy rayonunun Troeşina adlanan ərazisində Azərbaycan vətəndaşı güllələnərək öldürülüb.
Report-un məlumatına görə, öldürülən şəxs Azərbaycanın İmişli rayonu sakini, 1979-cü il təvəllüdlü Quliyev Kərimdir.
Bir həftə əvvəl baş verən hadisədə azərbaycanlı aldığı çoxsaylı güllə yarasından hadisə yerində keçinib. Onun meyiti hazırda rayon morqundadır. Meyitin Azərbaycana göndərilməsi ilə bağlı hələ ki, heç bir tədbir görülməyib.
Qeyd edək ki, son illər Ukraynada arda-arda bir sıra Azərbaycan vətəndaşı güllələnib, 20-dən çox azərbaycanlının oğurlanması faktı qeydə alınıb. Baş verən hadisələrin araşdırılması ilə bağlı heç bir nəticə əldə olunmayıb. Bu ilin noyabr ayının 19-29 tarixlərində Kiyevdə ezamiyyətə göndərilən "Reрort" agentliyinin əməkdaşına qarşı baş verən silahlı təhdid və təqibi törədənlər barədə də hələ ki, heç bir nəticə yoxdur.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar