Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanlılara silahlı hücum: dəstədə erməni də var

Baxılıb: 852     Tarix: 27-12-2018 12:12   

Polşada paytaxt Varşavanın Belvederska küçəsi yaxınlığında bir qrup azərbaycanlı tələbə aralarında milliyətcə erməninin olduğu bir qrup yerli gənclərin soyuq silahlı hücumuna məruz qalıb.
Report-un Varşava bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində azərbaycanlı tələbələrdən 1998-ci il təvəllüdlü Qobaçov Qurban və 2000-ci il təvəllüdlü Hüseynov Roman xəsarət alıblar.
Hadisəyə səbəb axşam saatlarında yerli klubların birindən içkili halda çıxan dəstənin azərbaycanlı gənclərlə mübahisə etməsi olub. Mübahisə zamanı qarşı dəstədən bir gənc erməni olduğunu və azərbaycanlılara nifrət etdiyini bağırıb. Mübahisə zəmnində qarşı tərəfin azərbaycanlıları söyüşlə təhqir etməsi əlbəyaxa davaya çevrilib. Dava zamanı azərbaycanlı tələbələri "beşbarmaq" adlanan soyuq silahlarla yaralayan dəstə üzvləri hadisə yerindən qaçıblar.
Yaralanan azərbaycanlı gənclərin vəziyyəti hazırda normaldır.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar