Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Hadisə uşaqlarının ağlaması ilə aşkarlandı - Dəhşət

Baxılıb: 716     Tarix: 28-12-2018 11:04   

Ölüm hadisəsi ilə bağlı istintaq başladılıb.
Türkiyənin Sivas şəhərində iki uşaq anası, 21 yaşlı Z.Ş qaz borusuna asılmış halda ölü tapılıb.
Qanunvehedef.az aznews.az-a istinadən xəbər verir ki, hadisə saat 22:30 radələrində Esentepe məhəlləsində baş verib.
Binanın 5-ci mərtəbəsində uşaqların ağlama səslərini eşidən qonşular hadisəni marketdə işləyən Z.Ş-nin 27 yaşlı həyat yoldaşı Y.Ş-yə bildirib. Evinə gələn ancaq içəri girə bilməyən Y.Ş yanğınsöndürənlərdən kömək istəyib. Evə girən yanğınsöndürənlər qadını qaz borusundan asılmış halda tapıblar.
Biri 4 aylıq, digəri isə 2 yaşında olan iki uşaq ağlayarkən təcili yardım üzvləri qadının öldüyünü təsdiqləyib.
Polisin araşdırmasından sonra qadının cəsədi yarılmaq üçün Cümhuriyyət Universitetinin Tibb Fakültəsinin xəstəxanasının morquna göndərilib.
Xəbəri alıb hadisə yerinə gələn Z.Ş-nin yaxınları isə stres keçirib. Hadisə ilə bağlı istintaq başladılıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar