Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Daşkəsəndə ana və 6 aylıq oğlu öldürülüb

Baxılıb: 866     Tarix: 10-05-2018 11:30   
Daşkəsəndə ölüm hadisəsi baş verib.
Qanunvehedef.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində baş verib.
Mayın 9-da saat 18 radələrində kənd sakini, 1975-ci il təvəllüdlü Həsənova Lətifə Mürsəl qızı və onun 6 aylıq oğlu Əli İlqar oğlu Həsənovun yanmış meyitləri  yaşadıqları evdə aşkarlanıb.
Məlumata görə, qadın yataq otağının döşəməsində uşaq isə beşikdə yanmış vəziyyətdə olub. Hadisənin qətl olduğu bildirilir.
Kənddə Həsənovlar ailəsində ər arvadın mehriban olduqları və kiminləsə düşmənçilik etmədikləri bildirilir. Qətl törədilən gün qadının həyat yoldaşı Daşkəsən şəhərində olsa da, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları onu sorğu-sual edirlər.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar