Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

BAKIDA günün üçüncü ŞOK OLAYI ! Kafedə başını kəsdi

Baxılıb: 949     Tarix: 28-12-2018 15:08   

Paytaxtın Nizami rayonunda günün üçüncü ŞOK OLAYI yaşanıb
Bakıda daha bir intihar faktı qeydə alınıb.
Qanunvehedef.az bildirir ki, Hüquq-mühafizə orqanlarından Open.az-a verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 69 ünvanında, Nizami rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən "Tayqa" kafesində baş verib. Rusiya vətəndaşı, 1950-ci il təvəllüdlü Cəfərağa Sultan oğlu Hüseynov kafedəki otaqlardan birində boğazını kəsərək özünü öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Məlumata görə, mərhumun cibindən məktub tapılıb. O, intihar etməzdən əvvəl yazmış olduğu məktubda övladlarından bağışlanmasını istəyib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, bu son 24 saat ərzində paytaxtın Nizmai rayonunda baş verən 3-cü ağır hadisədir. Belə ki, ötən gecə Nizami rayonunda iki nəfər güllələnib, daha bir nəfər isə özünü binadan ataraq öldürüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar