Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Polis Qaqaşı tutdu - Foto

Baxılıb: 872     Tarix: 11-05-2018 11:55   

Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan, Balaxanı qəsəbə sakini “Qaqaş” ləqəbli Rəşad Səfərov tutulub. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 0,308 qram, idarə etdiyi “Niva” markalı avtomobilin yük yerindən isə 1 kiloqram 5 qram heroin aşkar edilərək götürülüb. R.Səfərov istintaqa ifadəsində narkotik vasitələrin aludəçisi olmaqla yanaşı satışı ilə məşğul olduğunu da etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar