Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Gömrükçülər telefon və siqaret aşkarladı

Baxılıb: 620     Tarix: 07-01-2019 14:23   

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Qanunvehedef.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi VAZ21063 markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunun tavanından 11 ədəd “Samsung Galaxy J2” markalı mobil telefon və 1400 ədəd “Gold Marlboro Edge” markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2