Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanlıların öldüyü gəmi ilə bağlı YENİ ŞOK FAKTLAR ÜZƏ ÇIXDI

Baxılıb: 918     Tarix: 08-01-2019 15:44   

Ötən gün Panama bayrağı altında üzən və Türkiyə sahillərində qəzaya uğrayan "Volqo Balt" yük gəmisi Rusiyanın Azov limanından Samsun limanına kömür daşıyıb.
Qanunvehedef.az qafqazinfo-ya istinadən xəbər verir ki, Rostov əyalətindəki Azov limanı tez-tez Donbassın işğal edilmiş hissəsindən Türkiyə limanları və digər ölkələrə qanunsuz kömür daşınması üçün istifadə edilir. Bu barədə "UNN" saytı Müvəqqəti İşğal Olunmuş Ərazilər və Məcburi Köçkünlərin məsələləri üzrə Nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Nazirlik, həmçinin bəyan edib ki, monitorinq sisteminin məlumatlarına görə, bu cür hava şəraitində "Volqo-Balt" kimi "çay-dəniz" tipli gəmilər üçün qəzalar gözləniləndir.
Qeyd edək ki, 2017-ci ilin yayına qədər bu gəmi Rusiya bayrağı altında üzüb və sonradan iki ay müddətinə Sent-Kits və Nevis dövlətinin bayrağı altına keçib. 2017-ci ilin avqustundan isə gəmi Panama bayrağı altında üzüb.
Xatırladaq ki, gəminin batması nəticəsində ölən ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı - kapitanın baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu olub. Digər həmyerlimiz - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar