Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Polis Bakıda itkin düşən şəxsi Quba yolunda tapdı

Baxılıb: 684     Tarix: 24-01-2019 12:32   

Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə yanvarın 19-da Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, onun həmin gün saat 20 radələrində "Renault" markalı avtomobili ilə getdiyi bildirilib.
Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən həmin avtomobilin Bakı-Quba yolunda hərəkətdə olması müəyyən edilib.
Baş Dövlət Yol Polisi İdarəsi və 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mirzəyev "Renault" markalı avtomobillə Bakı-Quba yolunun 15-ci kilometrliyində saxlanılıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar