Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Bal ayı"nda arvadını öldürdü

Baxılıb: 741     Tarix: 25-01-2019 14:37   

Əslən Britaniyadan və Avstraliyada yaşayan Lüis Bennet 41 yaşlı xanımı İzabella Hellmanın qətlində suçlanıb.
O, arvadını 2017-ci ilin mayında öldürməkdə şübhəli bilinir.
Qanunvehedef.az milli.az-a istinadən bildirir ki, ABŞ-ın Federal Təhqiqat Bürosunun yaydığı açıqlamaya görə, Lüis Benenet arvadının əmlakına yiyələnmək üçün qadını qətlə yetirib.
O, Baham adalarının sahilində olarkən yaxtanı qəsdən batırmaqda və bu minvalla arvadı İzabella Hellmanın boğulub ölməsinə səbəb olmaqda şübhəli bilinib.
Sahil mühafizəsinin xilas etdiyi Lüis Bennet "yaxta batmağa başlayanda arvadım yoxa çıxdı" demişdi.
Prokurorlar batan yaxtanın fotolarını dərc ediblər. Yaxtanın illüminatorlardan birinin açıldığı və dibinin deşildiyi aşkar görünür. Bennetin bunları arvadını öldürmək üçün qəsdən etdiyi deyilir.
L.Bennetin məhkəməsinin yekun iclası yanvarın 29-da Mayamidə olacaq.шаблоны для dle 11.2