Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiyada güllələnərək öldürülən azərbaycanlı biznesmen dəfn edildi - FOTO

Baxılıb: 774     Tarix: 05-02-2019 10:17   
Fevralın 1-nə keçən gecə Rusiyanın Arxangelsk şəhərində güllələnərək qətlə yetirilən azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu dəfn edilib.
Qanunvehedef.az publika.az-a istinadən xəbər verir ki, 27 yaşlı R.Hüseynovun cənzaəsi doğulduğu rayona gətirilib və Şordəhnə kənd məzarlığında dəfn edilib.
Bildirilir ki, azərbaycanlı iş adamı çalışdığı taxta materialları mağazasının qarşısında qətlə yetirilib. Naməlum şəxs və ya şəxslər onu mağazadan kənara çağırıb və 6 dəfə atəş açaraq ərazidən uzaqlaşıblar. R.Hüseynov aldığı beş güllə yarasından yerindəcə dünyasını dəyişib.
İş adamının hansı səbəbdən və kimlər tərəfindən qətlə yetirilməsi hələlik məlum deyil.шаблоны для dle 11.2