Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Hacıqabulda əməliyyat: narkotik alverçisi tutuldu

Baxılıb: 753     Tarix: 13-05-2018 11:20   

Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri çərçivəsində rayon sakinlərindən narkotik vasitə olan “spays” götürülüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 1995-ci il təvəllüdlü Əliyev Sədail Mais oğlu saxlanılarkən onun üstündən 0,061 qram “spays” götürülüb.

 

Məlum olub ki, S. Əliyev həmin narkotik vasitəni Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Şükürov Fərid İlham oğlundan, sonuncu isə həmin narkotik vasitəni həmyerlisi 1987-ci il təvəllüdlü Qəhrəmanov Arif Rəcəb oğlundan əldə edib. S.Əliyev narkotik vasitəni saxlama, digərləri barəsində isə narkotik vasitənin satışı maddəsi ilə cinayət işi açılıb. Hər 3 şəxs saxlanılıb.

 

Qeyd edək ki, digər narkotik vasitələrə nisbətən az istifadə olunan “spays” insan orqanizmində təhlükəli fəsadlar törədən üzvü kimyəvi birləşmə (JWH-210) naftolindol sinfinə aid olan analgetik təsirli narkotik vasitədir. “Spays”-ı qəbul edən şəxslərin psixikasında ağır fəsadlar baş verir, narkotik vasitənin uzun müddət qəbulu insanda intihar etmə cəhdlərini artırır.


шаблоны для dle 11.2