Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

5 yaşlı uşaq 19 saatdan sonra dağıntılar altından sağ çıxarıldı

Baxılıb: 883     Tarix: 07-02-2019 14:35   

İstanbulda 8 mərtəbəli binanın çökməsi nəticəsində 3 nəfər ölüb, dağıntılar altından 13 nəfər yaralı halda xilas edilib.
Report xəbər verir ki, bu barədə İstanbul valiliyindən bildirilib.
Dağıntılar altından çıxarılan 3 nəfərin vəziyyəti ağırdır. Ölən və yaralıların adları açıqlanmayıb.
Xilasedicilər 19 saatdan sonra 5 yaşlı Havva Tekgöz adlı qız xilas edib.
Ətraf Mühit və şəhərsalma naziri Murat Kurumun sözlərinə görə, hələ də dağıntılar altında qalanlar var. Onların səslərini eşitmək mümkündür.
Hadisədən sonra ətrafdakı 7 binanın sakinləri də təxliyə edilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda 8 mərtəbəli yaşayış binası çöküb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar