Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Məhəmməd Məmmədovun məhkumluğu ləğv edildi

Baxılıb: 801     Tarix: 18-02-2019 10:50   

"Rabitə işi"ndə təqsirləndirilən Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov şərti məhkum etmənin götürülməsi üçün məhkəməyə müraciət edib.
Report-un xəbərinə görə, Xətai Rayon Məhkəməsi onun müraciətini təmin edib.
Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi prokurorluğun protestini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən saxlayıb.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən sabiq Aparat rəhbəri Vidadi Zeynalov, M.Məmmədov və digərləri 2015-ci ildə həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalov 13 il və M.Məmmədov isə 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum olunub. Hökmə əsasən, M.Məmmədova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.шаблоны для dle 11.2