Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Drakon” ona qarşı cinayət işinin açılmasından danışdı

Baxılıb: 736     Tarix: 18-02-2019 11:31   

Haqqımda cinayət işi açılması barədə yayılan məlumatlardan xəbərsizəm.
Bu sözləri Kult.az-a açıqlamasında məktəb direktorunu döydüyü deyilən “Drakon” ləqəbli aktyor Rza Rzayev barəsində Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülməsi barədə yayılan informasiyalara münasibət bildirərkən deyib. Aktyor bu barədə danışmaq istəmədiyini bildirib:
“Düzü, bu xəbəri indi sizdən eşidirəm. İltizam vermişəm, istintaq müddətində açıqlama verə bilmərəm. Bu məsələləri müstəntiqlə danışın”.
Qeyd edək ki, Musavat.com aktyor Rza Rzayevə qarşı Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürüldüyünü yazıb. AzEdu.az saytı isə Rza Rzayevlə yanaşı onun bacısı oğlu Toğrul İbrahimli barəsində də cinayət açıldığını bildirib.
Xatırladaq ki, bir neçə ay əvvəl bacısının işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktor Tural Mirzəyev ilə mübahisə etmişdi. Hadisə 220 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib.
Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra Zeynəb Rzayevanın qardaşı Rza Rzayev direktorun yanına gələrək məsələni həll eləməyə çalışıb. Direktor otağında quraşdırdığı gizli kamera vasitəsi ilə qeydə alınan görüntüləri sonradan ictimailəşdirmişdi.
Bunun ardınca R.Rzayevin bacısı 220 saylı məktəbdə təhsil alan 3 şagirdin valideyninə qarşı iddia qaldırmışdı. Həmin vaxt artıq 175 saylı məktəbin direktoru olan T.Mirzəliyevin məhkəmədə iştirak etməsi və valideynləri qayınının maşını ilə məhkəməyə gətirməsi aktyorla direktor arasında mübahisəyə və davaya səbəb olmuşdu.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar