Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakıda qaçqınların məskunlaşdığı evlərdə yanğın

Baxılıb: 648     Tarix: 20-02-2019 11:10   
Bakı şəhəri, Sabunçu rayonunda yerləşən məcburi köçkünlərin məskunlaşdığı evlərdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Qanunvehedef.az-a məlumat verilib.
Verilən məlumata görə, Zabrat qəsəbəsi ərazisində birmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Əraziyə baxış zamanı məlum olub ki, bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə (məcburi köçkünlərin məskunlaşdığı) yanğın baş verib.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar