Əliyevin “Azərbaycana atılan güllə” dediyi dəhşətli qətl
Baxılıb: 659 Tarix: 21-02-2019 12:10
Bu gün görkəmli şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, akademik Ziya Bünyadovun anım günüdür.
Qanunvehedef.az xatırladır ki, Ziya Bünyadov 1923-cü ildə Astara şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsilini davam etdirib. İkinci Dünya müharibəsi dövründə Berlinədək şərəfli döyüş yolu keçib. 1945-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.
O, bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat əsərinin müəllifidir. Bünyadov bolşevizm terroru nəticəsində 20-30-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxarıb.
Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Akademik Nəsiminin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edib.
Ziya Bünyadov Azərbaycan tarixinə bənzərsiz elmi fəaliyyəti ilə yanaşı, dəhşətli qətli ilə də düşüb. O, 1997-ci il fevralın 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Görkəmli alimin qatilləri ifadələrində cinayəti Hizbullah təşkilatının Nəsrullah adlı üzvünün təşkil etdiyini bildiriblər. Deyilənə görə, onlar Bünyadovu “islam düşməni olması” iddiasına görə qətlə yetiriblər.
Akademikin qətlində günahlandırılaraq ömürlük həbsə məhkum olunmuş Nizami Nağıyev həmin faciəni belə xatırlayır:
“Mən o gəlməmiş qaçıb girmişdim bloka. Həmin gün qar yağmışdı, küçədə adam demək olar ki, yox idi. Gəldi, girdi bloka. 2-ci mərtəbədə pilləkənlərdə üz-üzə çıxdıq. Əlimdəki bıçaqla ardıcıl zərbələr vurdum. İlk zərbə əlinə dəydi, sonrakıları bilmədim. Bircə rus dilində ana söyüşü söydü. Vurdum, arxası üstə yerə yıxıldı. Mən blokdan çıxan anda Qalib bloka girdi. Mən qaçanda eşitdim ki, silahdan atır. Maşına oturduq, oradan uzaqlaşdıq. Bir az aralaşdıq, Mahiri maşından düşürdük. Az keçdi, Tariyel yenə zəng elədi, dedi ki, nə oldu, Qalib dedi ki, elədik. Gəldik evə, paltarları, krossovkaları, əlcəkləri, papaqları çıxardıq, silahları atdıq evə”.
Böyük alimin qətli bütün ölkədə rezonans doğurdu. Prezident Heydər Əliyev çıxışında “Ziya Bünyadova atılan güllə Azərbaycan xalqına atılan güllədir” dedi.
Qeyd edək ki, qatillər cinayətlə bağlı təfərrüatları açıqlasalar da, bu gün də bəzi məsələlər sirr pərdəsi altında qalır.

Ən çox oxunanlar
Son xəbərlər