"Sillə vurdu, əsəbiləşib bıçaqladım" – 19 manata görə taksi sürcüsünü öldürənlər danışdı
Baxılıb: 564 Tarix: 15-05-2018 11:49
Bu il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində "Mersedes" markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub.
ARB TV xəbər verir ki, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb, meyidi tapılan şəxsin "Mersedes"in sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.
DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar idarələri və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ağır cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Pərviz Məmmədov, Sumqayıt şəhərində yaşayan Rahin Hüseynov və Şəmkir rayon sakini Şamil Bayramov tutulub.
Məlum olub ki, saxlanılan şəxslər Bakı-Sumqayıt istiqamətində hərəkət edən taksilərdən birinə müştəri kimi əyləşərək avtomobili Tağıyev qəsəbəsinə sürdürməyi və orada sürücüyə zor tətbiq edərək onun pulunu, mobil telefonunu almaq barədə əvvəlcədən razılığa gəliblər. Bu niyyətlə hər 3 şəxs mayın 8-də metronun "20 Yanvar" stansiyasının yaxınlığında Aydın Şıxəliyevin idarə etdiyi "Mersedes" markalı avtomobilə əyləşiblər.
Qabaqcadan nəzərdə tutulmuş yerə çatdıqda Şamil Bayramov və Rahin Hüseynov üzərlərində olan bıçaqlarla Aydın Şıxəliyevə çoxsaylı zərbələr endirərək onu qətlə yetiriblər. Sonra onlar sürücünün cibindən 19 manat və 2 ədəd mobil telefonunu götürərək hadisə yerini tərk ediblər.
Şamil Bayramov – saxlanılan şəxs: "Rahin dedi ki, taksi mənlikdir. Yolun qırağından taksi tutdu gəldi. Minən kimi getdik Sumqayıta. Oranı çox da tanımıram. Sumqayıt yazılan yeri keçdik. Mən əlimi sürücü tərəfə uzatdım və bıçağı boğazına dirədim. Dedim pul ver. O da əlinin tərsi ilə sillə vurdu. Mən də əsəbləşdim vurdum çıxdım".
Pərviz Məmmədov- saxlanılan şəxs: "Dedik ki, pul versin. Şamilgil vurdu, Rahin də vurdu. Ondan sonra maşından düşdük. Şamil onun üstündən 2 telefon və pul götürüb".
Rahin Hüseynov – saxlanılan şəxs: "Şamil, kişi maşını saxlayan kimi boğazından yapışaraq vurmağa başladı. Bizə dedi ki, düşün maşından. Özü keçdi qabağa. Telefonlarını və 19 manat pulunu götürdü".
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi" Xidmətinə və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.

Ən çox oxunanlar
Son xəbərlər