Xəbər lenti
16/09/2025 [11:34]
POEZIYA - Qəni Hüseynov
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şakira həbs oluna bilər

Baxılıb: 821     Tarix: 27-02-2019 09:37   
Dünya şöhrətli kolumbiyalı müğənni Şakira İspaniyada vergidən yayınma ittihamlarına görə məhkəmədə açılan istintaq çərçivəsində ifadə verməyə çağırılıb.
Qanunvehedef.az open.az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "EFE" agentliyi məlumat yayıb.
İstintaq çərçivəsində iyunun 12-də müğənninin məhkəməyə ifadə verməyə çağırdığı bildirilib.
Qeyd edək ki, prokurorluğun təqdim etdiyi iddianamədə, Şakira İspaniyada vergi ödəməmək üçün yaşayış yerini Baham Adalarında göstərməkdə və 2012-2014-cü illərdə bütövlükdə 6 cinayət törədərək 14.5 milyon avro vergi ödəməməkdə günahlandırılır.
Prokurorluğa əsasən, 2012-2014-cü illərdə Barselonalı futbolçu Jerar Pike ilə evləndiyinə görə İspaniyada yaşadığı və "Esplugues də Llobregat"da ev aldığı müəyyən edilən Şakiranın bu ölkədə də vergi ödəməsi lazımdır.
İspaniya qanunlarına görə, 6 aydan çox İspaniyada qalan bir vətəndaş vergi ödəyicisi sayılır.шаблоны для dle 11.2