Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Nəsimi soyulan dərisini çiyninə atıb, 8 qapıdan çıxıb...

Baxılıb: 856     Tarix: 27-02-2019 11:00   
Nəsiminin diri-diri dərisinin soyulması ağ yalandır. Əslində, Mixail Hers bunu deyib. Nədənsə media bir az məsələni fərqli yöndə yazır, “Nəsiminin dərisi heç soyulmayıb” deyə şişirtməyə yol verirlər.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva Teleqraf.com-a geniş müsahibəsində deyib.
Onun sözlərinə görə, Nəsiminin diri-diri dərisinin soyulması və onun həmin zaman şeir söyləməsi xalqın şairə məhəbbətindən yaranmış əfsanədir:
“İnsanın fizioloji imkanı belə məqamda şeir deməyə imkan vermir. Orta əsr qaynaqlarında yazılır ki, diri-diri dabandan dərini soymaq ənənəsi olub, soyan kimi insan huşunu itirir.
Hələbin 12 qapısı var, hətta rəvayət olunur ki, Nəsiminin dərisi soyulanda dərisini çiyninə atıb Hələbin 12 qapısından çıxır... (Rəvayətə görə, Hələbin 8 qapısı var və Nəsimi də 8 qapıdan çıxıb - red.) Nəsimi ilə bağlı bu cür rəvayətlər çoxdur”.
S.Şıxıyeva “ənəlhəqq” ifadəsini belə izah edib:
“Ənəlhəqq” sözünü daha öncə Həllac Mənsur işlətmişdi. Amma ifadənin kökü Qurandan gəlir. Quranda Musa peyğəmbərlə bağlı rəvayətdə deyilir ki, o, qaranlıqda od görür və oradan səs gəlir. Soruşur, sən kimsən? Cavab alır, “innə ni ən Allah” – mən həqiqətən Allaham. Orada səslənən “innə ni ən Allah” ifadəsi sonradan Həllac Mənsurun dilində “ənəlhəqq”ə belə çevrilir: “ənə” – mən, həqq -Allah... Bu, “Allah mənəm” deyil.
Sovet dövründə “ənəlhəqq” çox zaman yanlış interpretasiya olunurdu, Nəsimi Allahın varlığını yox, tam əksinə, öz varlığını inkar eləyirdi. Bunun daha dəqiq açıqlamasını Mövlanə Cəlaləddin Rumi “Fihi mə fih” əsərində qeyd edir: “O kəslər ki, ənəlhəqq - mən həqqəm deyir, onlar həqiqəti söyləyir. O kəslər ki, mən Allahın bəndəsiyəm söyləyir, onlar küfr edir. Çünki onlar həm özünün, həm də Allahın varlığını iqrar edirlər”.
“Mən Allaham” deyənlər öz varlığından keçmiş kimsələrdir, öz varlığını heçə çevirib, yerə sovurublar və var olan Allahdır. “Ənəlhəqq”ə belə yanaşma Nəsiminin şeirində də var:
Doldu vücudum evi sənlik,
Məhv oldu, ey dost, məndə mənlik”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar