Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Yasamaldakı supermarketdə kökədən çıxan şüşə ilə bağlı rəsmi AÇIQLAMA

Baxılıb: 543     Tarix: 03-03-2019 18:42   
Qida Təhlükəsizliyi Agentliyi Bakının Yasamal rayonundakı böyük supermarketlərdən birində göbələk içlikli kökənin içindən şüşə qırıntısının çıxması faktı ilə bağlı araşdırma aparıb.
Agentlikdən Trend-in faktla bağlı sorğusuna cavab olaraq, bildirilib ki, qeyd olunan qida məhsulu "Bon Appetit 1998 bakery" MMC-yə məxsus istehsalat sexində hazırlanıb.
Agentliyin əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin istehsalat sexində yoxlama həyata keçirib, aşkarlanmış qanun pozuntuları ilə bağlı müəsssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib:
"Bundan əlavə, müəssisənin rəhbərliyinə qida təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı tövsiyələr, sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı göstərişlər verilib, qanunvericiliyin tələbləri izah edilib. Agentlik tərəfindən həmin müəssisə nəzarətə götürülüb".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar