Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Tərtərdə ermənilər üçün videoçəkiliş aparan Rusiya vətəndaşı saxlanıldı

Baxılıb: 518     Tarix: 03-03-2019 19:49   
Tərtərdə videoçəkiliş aparan Rusiya vətəndaşı saxlanılıb.”Report”un hüquq-mühafizə orqanlarından aldığı məlumata görə, hadisə rayonun Bəyimsarov kəndində baş verib.
Kənddə çəkiliş aparan Rusiyanın Krasnodar vilayətinin sakini İdiqov Alu Alamaxmadoviç polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Naftalan şəhərində sanatoriyada olan İ.A.Alamaxmadoviç video və foto çəkilişlərini erməni dostu üçün edib. İ.A. Alamaxmadoviç polisə ifadəsində bildirib ki, onunla eyni şəhərdə yaşayan erməni dostu anasının Qarabağ müharibəsindən əvvəl orda yaşadığını, indi kəndi və evini görmək istədiyini deyib. O, telefonundakı xüsusi proqram vasitəsilə Tərtərə gələrək kəndi və həmin evi tapib.
Polis araşdırmadan sonra videoçəkilişləri silib, İ.A.Alamaxmadoviç bundan sonra sərbəst buraxılıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar