Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Sumqayıt sakini əmisini öldürüb

Baxılıb: 1 196     Tarix: 08-03-2019 15:41   
Xırdalan şəhərində baş vermiş dəhşətli yanğının təffərüatı məlum olub.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, “Gənclər Şəhərciyi” yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında çarpayıda yanmış kişi meyti aşkarlanıb.
Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyyəsində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlu törətdiyi və izi itirmək məqsədi ilə mənzilə od vurduğu məlum olub.
Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhəri 17-ci mikrorayon ev 18 mənzil 38-də saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib .
Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vaistəsi ilə açılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar