Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Keçmiş Prezidentin qızına 1 milyarda yaxın rüşvət ittihamı

Baxılıb: 612     Tarix: 10-03-2019 10:46   
Özbəkistanın mərhum dövlət başçısı İslam Kərimovun qızı, hazırda həbsdə olan Gülnarə Kərimova üç beynəlxalq telekommunikasiya şirkətinə lisenziya verilməsi üçün 865 milyon dollar rüşvət almaqda ittiham olunur.
Qanunvehedef.az teleqraf.com-a istinadla xəbər verir ki, onun telefon şirkətinin rəhbəri Bekhzod Əhmədovla birlikdə Rusiyanın MTS və Vimpel Com şirkəti ilə İsveçin Telia Şirkətindən 2001-2012-ci illərdə rüşvət tələb etdiyi iddia olunur.
Prezidentin qızı bu şirkətlərin Özbəkistanda fəaliyyət göstərməsi üçün nüfuzundan istifadə edəcəyi vədi verib. Onun bu pulları ABŞ vasitəsi ilə aldığı söylənilir.
ABŞ Ədliyyə Nazirliyi və Qiymətli Kağızlar Bürosu Rusiyanın MTS şirkətinin Özbəkistandakı rüşvətlə bağlı ABŞ-a 850 milyon dollar maliyyə cəzası ödəməyi qəbul etdiyini açıqlayıb.
Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ildən həbsdədir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar