Nazir Cocuq Mərcanlıda qəbul keçirdi
Baxılıb: 542 Tarix: 11-03-2019 16:13
Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd klubunda keçirilib.
Qanunvehedef.az xəbər verir ki, qəbuldan öncə mədəniyyət naziri Əbülfəs Qarayev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 2016-cı il Aprel döyüşləri şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidənin önünə tər çiçək dəstələri düzülüb.
Sonra nazir Cocuq Mərcanlı məscidini ziyarət edib, “Qayıdış” parkında yaradılan şəraitlə tanış olub. Əbülfəs Qarayev həmçinin kənd klubunda yerləşən Cocuq Mərcanlı kənd kitabxanasının fəaliyyəti ilə də tanış olaraq, tapşırıq və tövsiyələrini verib.
Qəbulda Beyləqan, Cəbrayıl, İmişli, Füzuli və Xocavənd rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Beyləqandan qəbula yazılmış sakinlər rayon Tarix-diyarşünaslıq muzeyinin açıq səma altında olan eksponatlarının bərpası, Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Gənclik” xalq teatrının heyəti üçün ustad dərslərinin keçirilməsi, teatra səhnə dekorasiyasının, səhnə geyimlərinin verilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.
Cəbrayıl rayonu sakinlərinin müraciətləri Cocuq Mərcanlı kənd klubunun səsgücləndirici və səsyayıcı avadanlıqlarla təchizatı, kənddə multimedia informasiya mərkəzinin yaradılması, cəbhə bölgəsində işləyən işçilərə əlavə imtiyazların verilməsi barədə olub.
Füzuli rayonundan olan vətəndaşlar istedadlı gənc rəssam Ceyhun Ənvərzadənin rəsm əsərlərinin respublikamızda və xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş olunması, ümummilli lider Heydər Əliyevin 1976 və 1982-ci illərdə Füzuli rayonuna səfərləri ilə bağlı çəkiliş lentlərinin əldə olunmasına köməklik göstərilməsi və digər məsələlər barədə xahişlərini bildiriblər.
İmişli rayonundan qəbula gələn sakinlər rayondakı Rəsm qalereyasında ekspozisiyanın yenilənməsi və sərgilənən əsərlərin mübadilə edilməsi, Uşaq incəsənət məktəbinə musiqi alətlərinin verilməsi, rayon Tarix-diyarşünaslıq muzeyində ekspozisiya işlərinin görülməsinə köməklik göstərilməsi barədə müraciət ediblər.
Xocavənd rayonundan olan vətəndaşlar Nərgiztəpə abidəsinin bərpa olunması barədə təkliflərini diqqətə çatdırıblar.
Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Ən çox oxunanlar
Son xəbərlər