Müstəntiq Rüfət Səfərovun valideynlərinin bəyanatı – “O, sifarişin qurbanı idi”
Baxılıb: 768 Tarix: 17-03-2019 20:05

Bəyanatda deyilir: “Rüfət haqq etdiyi azadlığına qovuşdu. Tam əmin deyildik. Amma baş verdi. Qanunsuz həbs edilən sabiq müstəntiq heç bir günahın sahibi olmaya-olmaya uzunmüddətli həbslə cəzalandırılmışdı. O, sifarişin qurbanı idi. Saxta istintaqın, ədalətsiz məhkəmənin hökmü ilə heç bir sübut-dəlil olmadan, öyrədilmiş şahidləri üzünə qoymaqla 9 il azadlıqdan məhrum edilmişdi.

Xeyirxah addımın davamını sosial barış üçün ən etibarlı vasitə kimi görürük. Ümumiyyətlə, dövlət özü münasib bir yol tapmalıdır. Məhbus ailəsinin nələr çəkdiyini öz həyatımızda yaşadıq. Çox ağır və dözülməz bir həyatdır. Gözü yollarda qalan bir körpəni, kədər içərisində qovrulan bir ananı sevindirmək Allaha da xoş gedər. Dövlət rəhbərinin başladığı bu xeyirxah işi tezliklə sona çatdıracağını xahiş edirik.
Axırda bir məsələyə qısa münasibət bildirməyi vacib sayırıq. Bəzi yanaşmalara baxdıqda təəssüfləndik. Onlara görə çomağı əlimizə alıb dərhal hakimiyyətin üzərinə hücuma keçməliyik. Bu cür düşüncə ilə öz xislətlərini ortaya qoyanları anlamaq çətin deyil…”
Ən çox oxunanlar
Son xəbərlər