Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanın milyardlıq adası 50 rubla satılacaqdı - İnanılmaz

Baxılıb: 469     Tarix: 19-03-2019 12:26   

Nargin adası Azərbaycan tarixinin ən qanlı, ziddiyyət dolu məkanlarından biri kimi xatırlanır. Bəziləri bu adada SSRİ repressiyalarının lənəti olduğunu, Azərbaycanın dəyərli simalarının güllələndiyini desə də, başqa bir qrup yerləşdiyi məkanın turizm baxımından strateji əhəmiyyət daşıdığını bildirir. Hətta bir neçə il əvvəl bu adada dəyəri milyardlarla ölçülən turizm layihəsi həyata keçiriləcəyi açıqlanmışdı.
Adanın tarixi ilə bağlı xeyli maraqlı, qəribə məlumatlar var. Bunlardan biri də Nobellərin ilk nümayəndəsi Robert Nobelin Nargini almaq istəməsidir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə danışan tarixçi Əkbər Nəcəf hazırda Böyük Zirə adlanan Nargin adası haqqında maraqlı faktı açıqlayıb:
“Bakıya gələn Nobellərin ilk nümayəndəsi Robert Nobel olub. Bu şəxsi Bakı ilə tanışlıqdan sonra nə neft, nə torpaq, nə mülkiyyət maraqlandırıb. Onun başlıca cəhdi Nargin adasını almaq idi.
Robert Nobel adanı almaq üçün 21 dekabr 1873-cü ildə Rusiya Əmlak İdarəsinə belə bir məktub yazıb:
“Mən Nargin adasını 24 ildən az olmayan müddətə icarəyə götürmək istəyirəm. Dövlət Əmlak İdarəsinə bu barədə məlumat verməklə acizanə surətdə xahiş edirəm ki, həmin adanın mənə icarəyə verilməsi barədə sərəncam imzalayasınız. Heç nəyə yaramayan və dövlətə heç bir gəlir gətirməyən bu adaya görə icarə haqqı kimi ildə 50 rubl təklif edirəm.
Robert Nobel, İsveç təbəəsi”.
Qeyd edək ki, Nobelin bu müraciətinə mənfi cavab verilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar