Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Barda tanış olduğu qızı oteldə öldürdü - Qısqanclığa görə

Baxılıb: 669     Tarix: 19-03-2019 15:23   

Barda tanış olduğu qızı oteldə öldürən şəxs hakim qarşısına çıxarılıb. Cinayətə səbəb isə qısqanclıq olub.
Qanunvehedef.az musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1983-cü il təvəllüdlü Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Növbəti məhkəmə iclası təyin edilib.
Qətl hadisəsi 2018-ci ilin sentyabrında Abşeron rayonundakı "Oskar" otelində baş verib.
Məlumata görə, 35 yaşlı N.Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı qətlə yetirib.
Mərhumun 11 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.
Hadisənin təfərrüatı ilə bağlı ilkin məlumata görə, N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağada yerləşən klubların birində tanış olublar. Qətl hadisəsi baş verən zamana qədər də tez-tez görüşdükləri məlum olub.
N.Əliyev polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıq adam öldürmə) maddəsi ilə ittiham edilir.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar