Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda ana doğuş zamanı niyə ölüb? - Baş həkimdən açıqlama

Baxılıb: 568     Tarix: 28-03-2019 11:03   

Gülnazın birinci hamiləliyi idi.
Xəbər verildiyi kimi, 22 yaşlı Gülnaz Abdullayeva Neftçala Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı həyatını itirib. Onun dünyaya gətirdiyi körpə isə sağ qalıb.
Qanunvehedef.az bildirir ki, AzNews.az mövzu ilə bağlı xəstəxananın baş həkimi Telman Zahidovla əlaqə saxlayıb və G.Abdullayevanın ölüm səbəbini öyrənməyə çalışıb.
Telman Zahidov açıqlamasında məlumatı təsdiqləyib və bildirib ki, hazırda ölüm faktı ilə bağlı araşdırma aparılır:
"Hadisə bir həftə bundan öncə baş verib. Gülnazın birinci hamiləliyi idi. Doğuşdan sonra ananın səhhəti pisləşib. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Körpəsi isə salamatdır. Hadisəyə görə cinayət işi açılıb".шаблоны для dle 11.2