Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Sumqayıtdakı partlayışla bağlı rəsmi - Rəis ölüb, 3 yaralı var

Baxılıb: 669     Tarix: 28-03-2019 13:14   

Sumqayıt Şəhər Prokurorluğu bir neçə gün əvvəl baş verən partlayışla bağlı məlumat yayıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, martın 22-də Sumqayıt şəhəri ərazisində yerləşən "STP-3 Metaləritmə" zavodunda partlayış baş verməsi ilə bağlı daxil olan məumat əsasında dərhal hadisə yerinə Sumqayıt şəhər polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla həmin gün saat 13 radələrində zavodun poladəritmə sexində metalın əriyib sobanın soyutma radiatoruna toxunması nəticəsində partlayış baş verməsi müəyyən olunub.
Hadisə nəticəsində fəhlələr Mürşüd Məmmədov, Vüqar Cəlilov, Ceyhun Qaraşovun və sex rəisi Minyaz Seyidəliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Minyaz Seyidəliyev müalicə olunduğu xəstəxanada aldığı xəsarətlərdən 27 mart 2019-cu il tarixdə vəfat edib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.
Hadisənin baş vermə səbəbləri və təqsirkar şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar