Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Quşların adının dəyişdirilməsi təxribatdır - Akademik

Baxılıb: 593     Tarix: 05-04-2019 12:54   

Dilçilik İnstitutu quşların adlarının dəyişdirilməsi ilə bağlı təklif verməyib, bu təxribatdır.
Bu sözləri ONA-ya AMEA-nın Nəsimi adına Dilçilik İntitutunun direktoru Möhsün Nağısoylu söyləyib.
Akademik bildirib ki, AMEA Zoologiya İnstitutunun Elmi Şurası dəyişikliklər barədə Dilçilik İntitutunu məlumatlandırmayıb.
AMEA-nın Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova da dəyişikliyi təxribat adlandırıb: “Onların bizə demədən belə bir dəyişiklik etməsi yolverilməzdir. Quşların adı dəyişdirilə bilməz. Biz indi Zoologiya İntitutu ilə əlaqə saxlayacağıq”.
Qeyd edək ki, AMEA Zoologiya İnstitutu Elmi Şurasının aprelin 3-də keçirilən iclasında bəzi quş növlərinin yerli adları müzakirə edilib. Müzakirəyə çıxarılan 140 növün adları arasından 20 quş növünün yerli adları ornitoloqların təklifi ilə dəyişdirilib. Qərara əsasən, maygülü - batağan, böyük qartalça və ya çığırğan qartalça - böyük xallı qartal, ördəktutan qızılquş - sərçəçalan, cek və ya gözəl cek - gözəl dovdaq, qəşəng durna - telli durna, trinqa - otluq cüllütü, bekas - meşə cüllütü, sterna - sümrü, adi sitta - adi fitçi, qırmızıqanad tixodrom - qırmızqanad qaya quşu, kölgəlik yarpaqgüdəni - sin-sin yarpaqgüdəni, ilanboyun - adi buruqboyun, alacəhrə - alaçöhrə, toğlugötürən - saqqallı kərkəs, leşyeyən qartal - leşyeyən ağkərkəs, sultan toyuğu - sultan quşu, torağay - turağay, sarıdimdik qarğa - sarıdimdik dolaşa, tuvik - tüviy, anqut - qırmızı ördək adlandırılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar