Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Elinanın intiharı ilə bağlı - Şok faktlar

Baxılıb: 642     Tarix: 11-04-2019 11:56   

Aprelin 4-də Səbail rayon 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən özünü atan və yerləşdirildiyi xəstəxanada vəfat edən 14 yaşlı Elinanın intiharı ilə bağlı cinayət işinin istintaqı davam etdirilir.
Publika.az xəbər verir ki, istintaq prosesi çərçivəsində xeyli şəxsin ifadəsi alınıb. Onlardan bəziləri birbaşa istintaqa cəlb edilib ki, bu şəxslər arasında Elinanın yaxın dostu, məktəbin 11-ci sinif şagirdi Hüseyn Namazov da var.
İlkin araşdırmalar zamanı yeniyetmə qızın həmin şəxslə xeyli müddət münasibətinin olması, birgə əyləncə yerlərinə getməsi və sair nüanslar dəqiqləşərək materiallar toplanıb. H.Namazov istintaqa cəlb edilərək ifadəsi alınıb.
Araşdırma prosesi zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, yeniyetmələrə narkotik vasitələrin hansı yollarla ötürülməsi iddiaları da müvafiq qaydada araşdırılır.
İstintaqa Elinanın Hüseynlə birgə müxtəlif videoları təqdim edilib. Həmin videolarda onların qeyri-adi hərəkətlər etdiyi, özlərində olmaması və ya birgə siqaret çəkərək əylənməsi və sair əks olunub.
Qeyd edək ki, H.Namazovun ölkədən qaçırılacağı ilə bağlı məlumatlar yayılıb. Gənc oğlan polis nəzarətindədir və onun ölkədən çıxışı mümkün deyil. Hazırda cinayət işinin istintaqı davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar