Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bakıda ata və oğul qan saldı – İki qardaş yaralandı

Baxılıb: 689     Tarix: 14-04-2019 18:32   
Bakıda iki qardaşı öldürməyə cəhd etməkdə təqsirli bilinən Ağdam rayon sakinləri Mübariz Əzimov və onun oğlu Ruslan Əzimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Qanunvehedef.az teleqraf.com-a istinadən bildirir ki, ata və oğlunun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.
İttihama görə, Mübariz Əzimov və Ruslan Əzimov Xətai rayonu ərazisində Eltən Rüstəmov və onun qardaşı Elçinlə şəxsi münasibətlər zəminində mübahisə ediblər.
Pul borcu üstündə yaranan mübahisə sonda davaya çevrilib. Ata və oğul hər iki qardaşa çoxsaylı bıçaq zərbələri vurublar.
Hər iki yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.
Cinayəti törədən ata və oğul könüllü polisə təslim olublar.
İstintaq orqanı tərəfindən Mübariz Əzimov və onun oğlu Ruslan Əzimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar