Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Da­yan” əmrinə tabe olmadılar, atəş açıldı

Baxılıb: 610     Tarix: 17-04-2019 16:04   

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik va­­­­si­­­tə­­­lərin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısını alıb.
DSX-dən Qanunvehedef.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­la­rı­nın “Lənkəran” sərhəd dəs­təsinin xidməti ərazisində Astara rayonu­nun Sım kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahə­sin­də İran İslam Respublikasından Azərbaycana doğ­­ru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd nar­ya­dı tərəfindən müşahidə edilib.
Sərhəd naryadının “da­yan” əmrinə tabe olmayan sərhəd pozucularına qar­şı silahdan ha­va­ya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllə­rindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar.
Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­miş, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kq 815 qr olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecə görmə ci­hazı aşkar olunaraq götürül­üb.
Qeyd olunan fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar